Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.
News24.az Axşam.az-a istinadən xəbər verir ki, mərc oyunları reklam edən səhifələrdən biri Pop kraliçanın fotosunu götürərək, sünii intellektlə ondan video düzəldib.
Kazımovanın prodüseri Ruslan Ağayev səhifəyə mesaj yazaraq, videonun silinməsini istəyib. O bildirib ki, video tezliklə silinməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.