EN

Turizm Agentliyi ərəb turistlərin qeyri-etik davranışına münasibət bildirdi

BAKI, 18 avqust. TELEQRAF

Ərəb turistlərin Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər edib videoya çəkməsi hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Turizm Agentliyi mütəmadi olaraq maarifləndirici təlim və görüşlər təşkil edir.

"Agentlik turizm şirkətləri və turizm bələdçilərinə ölkəyə gələn xarici vətəndaşlara turistik məlumatlarla yanaşı, ölkə haqqında vacib məqamlar, o cümlədən milli-mənəvi dəyərlər, yerli qanunvericilik və ictimai davranış qaydalarına hörmətlə yanaşılmalı məqamlar haqqında da ətraflı informasiya verməyi tövsiyə edir" - Agentliyin açıqlamasında deyilir.

Chosen
50
50
teleqraf.com

10Sources