Cəlilabadda 10-a yaxın mal-qaranı elektrik cərəyanı vuraraq öldürüb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərə görə, hadisə Cəlilabad rayonunun Zərbiəlli kəndində baş verib. Biçilmiş əkin sahəsinin yandırılması nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik dirəkləri yanaraq aşıb.
Nəticədə həmin ərazidə otlayan 10-a yaxın iribuynuzlu heyvanı elektrik cərəyanı vuraraq öldürüb.
Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verildikdən sonra elektrik xətlərində baş vermiş qəzanın nəticələri aradan qaldırılıb.