EN

SOCAR-ın Odessadakı neft bazası ciddi dağıntılara məruz qalıb

Avqustun 18-nə keçən gecə SOCAR-a məxsus Odessa vilayətindəki neft bazası “Şahed” tipli PUA-ların silsilə hücumuna məruz qalıb.

Bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib.

Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb.

Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.

Hazırda dəymiş ziyanın miqdarı müəyyən edilir, ekspertiza təyin olunub və təcili bərpa işləri aparılır.

Bu, obyektə ikinci kütləvi hücumdur. Avqustun 8-də də həmin neft bazasına təxminən 10 PUA buraxılmış, nəticədə qismən dağıntılar baş vermişdi. Faktla bağlı cinayət işi açılıb.

 

AzPost.az

Chosen
29
48
azpost.info

10Sources