EN

Aygün Kazımovanın adından dələduzluq edildi

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.

Moderator.az Axşam.az-a istinadən xəbər verir ki, mərc oyunları reklam edən səhifələrdən biri müğənninin fotosunu götürərək, süni intellektlə ondan video düzəldib.

Aygün Kazımovanın prodüseri Ruslan Ağayev səhifəyə mesaj yazaraq, videonun silinməsini istəyib. O bildirib ki, video tezliklə silinməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.

 

 

Chosen
24
33
moderator.az

10Sources