EN

"Kəpəz" Azərbaycan çempionatlarında 60-cı dəfə böyük hesabla məğlub olub

"Kəpəz" Azərbaycan çempionatları tarixində 60-cı dəfə böyük hesabla məğlub olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi bu göstəricidə antirekordçudur.

"Sumqayıt" ötən gün I turda komandanı üç cavabsız qolla üstələyib.

“Kəpəz” 19 dəfə evdə, 41 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub.

Qeyd edək ki, Gəncə təmsilçisi ilk belə məğlubiyyəti 1995-ci il sentyabrın 10-da “Qarabağ”la səfər oyununda alıb – 0:3.

Chosen
20
50
report.az

10Sources