EN

Tramp Putinə bu əraziləri söz verib - Təfərrüatlar AÇIQLANDI

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff CNN-ə açıqlamasında Alyaska görüşü zamanı Rusiya lideri Vladimir Putinin istədiyi ərazi güzəştinə razılaşdığını deyib.

Turkustan.az xəbər verir ki, nəşr Uitkoffun təfərrüatları açıqlamadığını yazıb.

Məlumata görə, görüş zamanı nə Putin, nə də Moskva rəsmilərindən heç kim tələblərdən geri çəkilməyib və açıq şəkildə Trampa çatdırıblar. Putin Ukraynanın və beynəlxalq aləmin Donetsk, Luqansk, Xerson və Zaporojyeni Rusiyanın təkib hissəsi kimi tanımasını istəyib.

Tramp da Ukrayna Prezidenti Volodimir Zelenskiyə 2014-cü ildə Rusiyanın qeyri-qanuni şəkildə ilhaq etdiyi Krımı geri qaytarmaq fikrindən əl çəkməli olduğunu deyib. Ağ Ev lideri Ukrayna prezidentinə ölkəsinin NATO-ya qəbul edilməyəcəyini də bildirib.

CNN-in Luqanskın artıq tam olaraq işğal edildiyini, lakin Donassda döyüşlərin aparıldığını vurğulayıb. Avqustun 18-də ABŞ, Ukrayna və Avropa liderləri arasında baş tutması gözlənilən danışıqlarda ərazi güzəşti məsələsi, yəni Rusiyanın tələblərinin yerinə yetirilməsinin müzakirə olunacağı bildirilir./Globalinfo.az

Chosen
18
50
turkustan.az

10Sources