Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-li həmkarı Donald Trampla görüşmək üçün Vaşinqtona gəlib.
Bu barədə V. Zelenski "Telegram" kanalında yazıb.
O hamının eyni dərəcədə müharibəni tez və etibarlı şəkildə bitirmək istədiyini vurğulayıb:
"Necə ki illər əvvəl Ukrayna Krımdan və Şərqimizin bir hissəsindən - Donbasın bir hissəsindən imtina etmək məcburiyyətində qaldı və Putin bundan sadəcə olaraq yeni hücum üçün tramplin kimi istifadə etdi. Yaxud 1994-cü ildə Ukraynaya guya "təhlükəsizlik zəmanəti” verilsə də, bir nəticə olmadı. Təbii ki, o zaman Krımdan imtina etməyə dəyməzdi, necə ki 2022-ci ildən sonra ukraynalılar Kiyev, Odessa, Xarkovdan əl çəkmədilər".
"Ukraynalılar öz torpaqları, müstəqillikləri uğrunda mübarizə aparırlar. İndi Donetsk və Sumi vilayətlərində əsgərlərimiz uğur qazanır. Əminəm ki, biz Ukraynanı qoruyacağıq, onun təhlükəsizliyinə səmərəli təminat verəcəyik və xalqımız dəstək və əvəzsiz köməyə görə Prezident Trampa, Amerikadakı hər kəsə, hər bir tərəfdaşa həmişə minnətdar olacaq. Rusiya özünün başladığı bu müharibəyə son qoymalıdır. Və ümid edirəm ki, bizim Amerika ilə, avropalı dostlarımızla birgə gücümüz Rusiyanı əsl sülh bağlamağa məcbur edəcək. Təşəkkür edirəm!" - deyə Ukrayna lideri vurğulayıb.
Qeyd edək ki, görüşə saatlar qalmış Donald Tramp bəyan edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Krımdan imtina etməklə və ölkənin NATO-ya daxil olmaq ideyasından əl çəkməklə Rusiya-Ukrayna münaqişəsini dərhal dayandıra bilər.
2025-08-17 22:49
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşmək üçün ABŞ-yə uçub.
Bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak "Telegram" kanalında yazıb.
O qeyd edib ki, Ukrayna lideri təyinat yerinə təxminən 6,5 saata çatacaq.