EN

Premyer-liqada iki debüt

Misli premyer-liqasının 1-ci turu iki legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

"Football-plus.az" PFL-ə istinadla xəbər verir ki, portuqaliyalı Xorxe Kaskilya “İmişli”nin, serbiyalı Saşa İliç “Sumqayıt”ın “sükanı arxası”nda ilk çempionat matçına çıxıb.

Portuqaliyalının yetirmələri evdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzubsa, serbiyalı komandası ilə “Kəpəz” üzərində qələbəyə sevinib – 3:0. Bununla da Premyer Liqa (əvvəllər güclülər dəstəsi) tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb. Kaskilya ilk portuqaliyalı olubsa, İliç 5-ci serbiyalıdır. O, həm də “Sumqayıt”da 3-cü legioner çalışdırıcısı olub.

Xatırladaq ki, Kaskilya “İmişli”nin premyer-liqada ilk baş məşqçisidi.

Chosen
15
50
football-plus.az

10Sources