EN

15 yaşlı qızı nişanladılar — Atası qanunu nə mən bilmişəm, nə də onlar dedi (VİDEO)

15 yaşlı qızın nişanlanmasının qarşısı alınıb. Hadisə Şamaxının Muğanlı kəndində baş verib.

Məlumata görə, kənd sakini olan yeniyetmə qıza nişan mərasimi təşkil olunub. Hadisə barədə məlumat polisə daxil olduqdan sonra mərasim dayandırılıb.

Hər iki tərəfin valideynləri polis orqanına dəvət olunub, onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.

Yeniyetmənin atası barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.

Qızın atası Zaur Fətəliyev bildirib ki, elçiliklə bağlı qanundan xəbərsiz olublar. (Xəzər TV)

Chosen
52
30
demokrat.az

10Sources