EN

Rusiyada barıt zavodunda partlayış nəticəsində ölənlərin sayı artıb

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı barıt zavodunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, yaralananlar 134 nəfərdir.
 
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə regional operativ qərargahdan məlumat verilib.
 
"Avqustun 18-i səhər saat 07:00-a olan (Bakı vaxtı ilə 08:00 - red.) məlumata görə, Şilovski rayonunda baş vermiş fövqəladə hadisə nəticəsində 20 nəfər həlak olub. 134 yaralı var, onlardan 31-i Ryazan və Moskva xəstəxanalarındadır, 103 xəstə ambulator müalicə alır", - deyə məlumatda bildirilib.
 
Xatırladaq ki, avqustun 15-də Rusiyanın Ryazan vilayətinin Şilovski rayonunda yerləşən "Elastik" zavodunun barıt sexində partlayış baş verib. Bildirildiyinə görə, barıt sexinin binası tamamilə dağılıb. Faciə ilə əlaqədar avqustun 18-də birgünlük matəm elan edilib.
Chosen
39
43
moderator.az

10Sources