EN

Musson yağışları nəticəsində 645 nəfər həyatını itirdi

Pakistanda 26 iyun–16 avqust tarixləri arasında yağan güclü musson yağışları nəticəsində baş verən daşqın və torpaq sürüşmələrində 645 nəfər ölüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu ilki musson yağışları ötən illə müqayisədə 50 faiz daha güclüdür.

Ən çox ziyan Buner, Bajaur, BattaqramGilgit-Baltistanın Babusar bölgələrində qeydə alınıb. Xeyber-Paxtunxvada isə itkin düşənlərin axtarışı davam edir.

NDMA sədri İnam Hayder bəyan edib ki, bəzi ölkələr yardım təklif etsə də, Pakistanın hazırda xarici dəstəyə ehtiyacı yoxdur.

Buner rayonunda baş verən daşqınlarda 5380-dən çox evə ziyan dəyib. Əyalət hökuməti 3 milyard rupi (təxminən 10,57 milyon dollar) vəsait ayırıb, zərərçəkənlərə ərzaq və dərman yardımı çatdırılır.

Chosen
56
44
manset.az

10Sources