EN

FIVB: Azərbaycan 93 ölkə arasında 91-ci yerə enib

Beynəlxalq Voleybol Federasiyası (FIVB) ölkələrin yeni reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, kişi voleybolçular arasında yeni siyahıda Azərbaycan millisi də yer alıb.

Fərid Cəlalovun komandası Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxışdan sonra 91-ci yeri enib. Cədvəldə yer alan cəmi 2 ölkəni – Kamboca və İslandiyanı qabaqlayan Azərbaycan millisinin hesabında 8,85 xalı var.

Voleybolçularımız son siyahı ilə müqayisədə 7 pillə aşağı düşüblər. Bununla da reytinqdə ən çox geriləyən 3 yığmadan biri Azərbaycan olub. Komandamızdan fərqli, Norveçlə (61-ci yer) Kosovo (77) 8 rəqibini özündən irəli buraxıb.

Siyahıya 400,14 xalla Polşa başçılıq edir.

Qeyd edək ki, millimiz seçmə mərhələdə Belçika və Avstriyaya hər iki oyunda uduzub. Voleybolçularımız bu oyunlarda set belə qazana bilməyiblər.

İdman.biz

Chosen
18
7
idman.biz

4Sources