EN

Alyaskada qalib kim oldu: Putin, yoxsa Tramp? – RƏY

“Alyaskada keçirilən Putin-Tramp görüşündən sonra aydın oldu ki, heç nə aydın deyil. Tərəflər heç bir məsələdə ortaq təmas nöqtələri tapa bilməyiblər. Buna görə də əvvəlcədən yeddi-səkkiz saat praqnozlaşdırılan görüş cəmi iki saat qırx beş dəqiqə çəkdi. Əslində, elə əvvəldən aydın idi ki, bu görüşə Putinin razılıq verməsi vaxt udması ilə əlaqədar idi. Çünki əlli günlük proses və üç gün vaxt, bundan sonra onun Tramp tərəfindən qısa müddətə endirilməsi Rusiya-ABŞ münasibətlərini kəskinləşdirə bilərdi. Düşünürəm, Putin ustaca hərəkət edərək görüşə razılıq verdi. Bu platformadan da Rusiyanın mövqeyini bəyan etmək üçün istifadə etdi. Dedi ki, Rusiya elə əvvəlki mövqedədir, müharibəni yaradan səbəblər aradan qalxmadan sülh olmayacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

“Sadəcə, Putin dünyada hamının nəyəsə təsir imkanları olan bir Prezident kimi gördüyü Trampın yanında bunu bəyan etməklə bir daha göstərdi ki, Rusiya bir addım da geri çəkilməyəcək, ABŞ və onun Prezidenti Donald Tramp belə Rusiyanın mövqeyinə təsir edə bilməz. Bu həm Avropaya verilən mesaj idi, həm də ABŞ-yə. Buna görə də Tramp dedi ki, sonda görüş barədə NATO-nu və Volodimir Zelenskini məlumatlandıracağam. Yəni Tramp “Avropa İttifaqı”, yaxud “Brüssel” deyə bilərdi, amma “NATO” deməklə xüsusi mövqe nümayiş etdirdi. Bu, sonrakı mərhələdə yenidən ABŞ-nin hərbi-siyasi müstəviyə doğru meyillənməsinə gətirib çıxara bilər. Onsuz da görüşün nəticəsiz olacağı əvvəlcədən bəlli idi. Çünki nəticəyə yönəlik görüşmə keçirməyi Putin düşünürdüsə, bu görüş üçtərəfli olmalı idi. Müharibə edən ikinci ölkə yoxdursa, bir ölkə necə təkbaşına müharibənin taleyi ilə bağlı qərar verə bilər? Əslində, elə gözlənildiyi kimi oldu. Bundan sonra hadisələrin gedişi daha çox hərbi-siyasi müstəviyə meyillənəcək”, - deputat bildir.

 

Aytəkin Qardaşova

Tarix: 18 Avqust 2025, 09:50   
Chosen
85
50
pravda.az

10Sources