EN

Çinin şimalında daşqın nəticəsində 10 nəfər həlak oldu

Çinin şimalında baş verən daşqın nəticəsində azı 10 nəfər həlak olub, 2 nəfər isə itkin düşmüş hesab olunur.

Redaktor.az "Xinhua" agentliyinə istinadən xəbər verir ki, Bayannur şəhərinin kənarında düşərgə quran 13 nəfər qəfil gələn daşqın sularına qərq olub.

Agentlik bildirir ki, hazırda 700-dən çox insanı axtarış-xilasetmə əməliyyatında iştirak edir. Bu saatadək sadəcə bir nəfərin xilas edildiyi qeyd olunub. 10 nəfərin meyiti tapılsa da, digər 2 şəxs barədə məlumat yoxdur.

Qeyd edək ki, Çində iyul ayından bəri ekstremal hava şəraiti müşahidə olunur.

Chosen
46
50
redaktor.az

10Sources