EN

Paşinyan üzr istədi:

"Qəbul edilmiş qərarların bəzi nüansları ilə tam razı olmasam da, hamınızdan üzr istəyirəm".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb.

 

"Ermənistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyası mənim çıxışımın iki məlum epizodunda davranış kodeksinin pozulmasını qeydə alıb.

 

Dəqiq desəm, vurğulamaq istərdim: üzrxahlığım MSK-nın qərar verdiyi iki konkret bəyanat və onlarla bağlı siyasi, mənəvi və əxlaqi prinsiplərin bərpası məqsədi daşıyır. Xalqın dəstəyi ilə bunu həyata keçirmək iradəm sarsılmazdır, çünki bu, Ermənistan Respublikasının siyasi, hüquqi və mənəvi təhlükəsizliyi üçün həyati zərurətdir. Mənəvi yenilənmə gündəmində isə mən özüm çatışmazlıqlarımı etiraf etməliyəm və emosiyalarımı daha yaxşı idarə etməliyəm. Siyasi və dövlət islahatları kontekstində tolerantlıq və dövlət və demokratik təsisatlara hörmət vacibdir ki, mən bunu bu şəkildə nümayiş etdirirəm”, - deyə Baş nazir bildirib.

 

Qeyd edək ki, Nikol Paşinyan mayın 30-da öz sosial şəbəkə hesabında din xadimləri barədə kobud ifadələr işlədib. Bundan sonra Korrupsiya əleyhinə Komissiya onun Davranış kodeskinin 48-ci maddəsini pozduğunu aşkarlayıb.

 

Yeri gəlmişkən, Baş nazir qalmaqala səbəb olan fikrində bildirmişdi ki, kilsədə subaylıq andını pozan bütün ruhanilər  öz mənəvi xidmətlərindən getməli, kilsələrdən rədd olmalıdırlar.

Chosen
37
49
senzor.az

10Sources