Bazar ertəsi, avqustun 18-nə keçən gecə Rusiya PUA-larla Ukraynada “Nova Poşta” terminalına və SOCAR-ın terminallarına hücum edib.
AzPost bildirir ki, bu barədə Ukrayna mediası və Telegram kanalları məlumat yayıb.
“Dumskaya” nəşri yazır ki, demək olar ki, bütün İran istehsalı olan “Şahid” PUA-ları eyni yerə uçublar. Qeyd olunur ki, Odessanın ətraf ərazilərində güclü yanğın baş verib.
Yaşayış binalarına da ziyan dəydiyi bildirilir. Hücumun nəticələri barədə hələlik rəsmi məlumat yoxdur.
Avqustun 6-na keçən gecə Rusiya ordusu Odessadakı SOCAR-ın neft bazasına da hücum edib.