EN

Rüfət Abdullazadə oynadı, komandası heç-heçə etdi

Xorvatiya çempionatında üçücü turun oyunları keçirilir.

Operativ Media-nın məlumatına görə, həmyerlimiz Rüfət Abdullazadənin formasını geydiyi “Varazdin” öz meydanında “Osiyek”lə qarşılaşıb.

24 yaşlı yarımmüdafiəçi matça ehtiyat oyunçular skamyasından başlasa da, 64-cü dəqiqədə Leon Belcarın əvəzinə meydana çıxıb. Bununla da Rüfət Xorvatiya çempionatında debüt edib.

Görüş 0:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, 3 turdan sonra 2 xalı olan “Varazdin” 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, bu yay “Səbail”dən ayrılan Rüfət Abdullazadə Xorvatiya təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Chosen
23
19
operativmedia.az

10Sources