EN

Fransada iki planerin qəzaya uğraması nəticəsində dörd nəfər ölüb

Fransanın müxtəlif bölgələrində iki planerin (mühərriksiz uçuş aparatı) qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Agence France-Presse" yerli hakimiyyətə istinadən xəbər verib.

"İki kişi bazar günü günorta Şerminyak kommunasında planer qəzasından sonra həlak olub. Daha iki nəfər oxşar şəraitdə (Morbian departamentində - red.) aerodrom yaxınlığında planer qəzasında həlak olub", - agentlik yazıb.

Hər iki hadisə araşdırılır. Hadisələrin təfərrüatları isə paylaşılmayıb.

Chosen
49
15
report.az

10Sources