ain.az, Qol.az portalına istinadən məlumat yayır.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş”la qarşılaşacaq “Qarabağ” sabah səhər Budapeştə yola düşəcək.
Bu haqda QOL.az-a Ağdam klubundan məlumat verilib. “Qarabağ” səfərə ənənəvi olaraq çarter reysi ilə gedəcək.
Sabah axşam Qurban Qurbanovun komandasının matçın keçiriləcəyi “Ferens Puşkaş” stadionunda məşqi nəzərdə tutulub.
Xatırladaq ki, “Ferensvaroş” - “Qarabağ” matçı avqustun 19-u Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Cavab görüşü avqustun 27-si Bakıda olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.