AZ

“Qarabağ” sabah səhər Budapeştə yola düşəcək

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş”la qarşılaşacaq “Qarabağ” sabah səhər Budapeştə yola düşəcək.

İdman.biz xəbər verir ki, bu haqda Qol.az saytına Ağdam klubundan məlumat verilib.

“Qarabağ” səfərə ənənəvi olaraq çarter reysi ilə gedəcək.

Sabah axşam Qurban Qurbanovun çalışdırdığı komandanın matçın keçiriləcəyi “Ferens Puşkaş” stadionunda məşqi nəzərdə tutulub.

Qeyd edək ki, avqustun 19-da keçiriləcək “Ferensvaroş” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab görüşü avqustun 27-də Bakıda olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
50
icma.az

10Mənbələr