EN

Pakistanda daşqınlar nəticəsində 300-dən çox insan ölüb – 200-dən çox itkin var


Son günlər Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə daşqınlar 300-dən çox insanın həyatına son qoyub.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, ölüm hallarının əksəriyyəti dağlıq Xeybər Paxtunxva əyalətində qeydə alınıb.
Buner bölgəsinin yerli rəsmisi bildirib ki, orada ən azı 209 nəfər hələ də itkindir və bu sayın artacağı istisna olunmur. Qeyd olunub ki, xilasetmə qrupları səkkiz naməlum cəsədi basdırıblar, çünki onlara sahib çıxacaq ailə üzvləri yoxdur.
Qeyd edək ki, iyun-sentyabr ayları arasında musson yağışları Cənubi Asiyaya düşən illik yağışın təxminən dörddə üçünü təşkil edir. Nəticədə sürüşmə və daşqınlar adi hal olsa da, elm adamları iqlim dəyişikliyinin bu təbiət hadisələrinin daha tez-tez baş verməsinə səbəb olduğunu bildirirlər.
Chosen
25
25
yeniavaz.com

10Sources