Bakı. Trend:
Pakistanın şimalında güclü yağışların səbəb olduğu daşqınlarnəticəsində ölənlərin sayı 351-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə "Geo News" televiziya kanalıxəbər verib.
Məlumata əsasən, daşqınlar nəticəsində Xayber-Paxtunxvada 328,Qilqit-Baltistanda 12, Azad Kəşmirdə isə 11 nəfər ölüb.
Daşqınlar Buner, Svat, Mansehra, Bacaur və Battaqram kimiərazilərdə evlərə, bizneslərə və infrastruktura ciddi ziyan vurub.Xayber-Paxtunxva vilayətində bir sıra ərazilər fəlakət zonası elanedilib.