EN

Putin Lukaşenko ilə telefon danışığı apardı

BAKI. 17 avqust. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, prezidentlər Alyaskada keçirilən danışıqların nəticələrini nəzərə alaraq regiondakı vəziyyəti müzakirə ediblər.

Rusiya Prezidenti belaruslu həmkarına Rusiya–ABŞ sammitinin nəticələri barədə ətraflı məlumat verib.

Bundan əlavə, dövlət başçıları ikitərəfli Belarus–Rusiya münasibətlərinə dair bir sıra məsələləri də müzakirə ediblər.

Chosen
43
25
teleqraf.com

10Sources