EN

"Ferentsvaroş" - "Qarabağ" oyununun hakimləri məlum olub

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununun hakimləri müəyyənləşib.

Ucnoqta.az xəbər verir ki, Macarıstanda baş tutacaq ilk matçı Portuqaliyadan olan baş hakim Juan Pedru da Silva Pineyru idarə edəcək. Ona Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Klaudiu Filipe Ruivo Pereyra yerinə yetirəcək.

Tyaqu Brunu Lopes Martinş VAR hakimi, Fabiu Oliveyra Melu isə VAR hakiminin köməkçisi kimi iş başında olacaqlar.

Qeyd edək ki, "Ferentsvaroş" -"Qarabağ" oyunu avqustun 19-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Chosen
22
50
ucnoqta.az

10Sources