“İsrail və İran arasında qarşıdurma Kiprə də sirayət edə bilər”.
Referans xəbər verir ki, bu fikirləri Kipr Prezidenti Nikos Xristodulidis Böyük Britaniyanın “The Rest is Politics: Leading” adlı podkastına müsahibəsində deyib.
“İran nüvə silahına sahib olarsa, demək, mənim ölkəm də təhlükə altındadır. Biz İsraildən cəmi 30 dəqiqəlik məsafədəyik”, – o bildirib.
Xristodulidis İsraili “regiondakı ən yaxın müttəfiqimiz” adlandıraraq, Yaxın Şərqdə artan qeyri-sabitlik fonunda ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb:
“Kipr iki dövlətli həll modelini dəstəkləyir və bu məqsədlə yaxın vaxtlarda həm İsrailin Baş naziri Benyamin Netanyahu, həm də Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla görüşlər keçirib.
Kipr humanitar yardımların Qəzzaya Əşdod limanı vasitəsilə çatdırılması istiqamətində də çalışır”./Globalinfo.az