AZ

İran onlar üçün də TƏHLÜKƏYƏ ÇEVRİLDİ - “Nüvə silahı əldə edərsə..."

Kipr Prezidenti Nikos Xristodulidis İsrail və İran arasında gərginliyin ölkəsinə də təsir edə biləcəyini bildirib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Independent Farsi" məlumat yayıb.

Britaniyanın “Gerisi siyasətdir” podkastında çıxış edən Xristodulidis deyib: “İran nüvə silahı əldə edərsə, Kipr də təhlükə altında olacaq. Biz İsraildən cəmi 30 dəqiqəlik məsafədəyik”.

Kipr lideri, habelə İsraili “Kiprin bölgədəki ən yaxın müttəfiqi” adlandırıb və Yaxın Şərqdə qeyri-sabitliyin artdığı bir vaxtda iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyini vurğulayıb.(publika.az)

Seçilən
7
50
olke.az

10Mənbələr