EN

Serbiyada etirazçılar hakim partiyanın ofisini yandırıblar


Şənbə günü Serbiyanın qərbində və paytaxt Belqradda etirazçılarla polis arasında toqquşmalar baş verib.
Yeniavaz.com
“Associated Press”ə istinadla xəbər verir ki, üzlərini şərflə bağlamış və ölkə prezidenti Aleksandr Vuçiçə qarşı şüarlar səsləndirən bir qrup gənc, Belqraddan təxminən 100 kilometr məsafədə yerləşən Valyevo şəhərində Serbiya İrəliləyiş Partiyasının ofisinə pirotexniki vasitələr atıblar.
Onlar partiyanın ofisini yandırıb, daha sonra şəhər mərkəzində polis qüvvələri ilə toqquşublar. Polis etirazçılara qarşı bir neçə gözyaşardıcı qaz qumbarası tətbiq edib. Etirazçılar isə polisə şüşələr, daşlar və pirotexniki vasitələr atıblar.
Oxşar toqquşmalar şənbə axşamı şimaldakı Novi Sad şəhərində və Belqradda da baş verib. Burada da polis zibil qutularını yandıran etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Valyevo şəhərində isə etirazçılar polis zorakılığına etiraz əlaməti olaraq küçələrə çıxıblar.
Daxili işlər naziri İvitsa Daçiç bildirib ki, Valyevoda ən azı bir polis yaralanıb və 18 nəfər saxlanılıb.
“Həbslər davam edəcək. Qanunu pozan hər kəs həbs olunacaq”, – deyə Daçiç vurğulayıb.
Chosen
11
14
yeniavaz.com

10Sources