İngiltərə Premyer Liqasının "Brayton" və "Fulhem" komandaları arasında keçirilən I tur matçında azarkeş vəfat edib.
Qarşılaşmanın ikinci hissəsində 72 yaşlı tərəfdarın hal pisləşib.
"Brayton" komandasının həkimlər heyətinin səylərinə baxmayaraq o, dünyasını dəyişib.
Qeyd edək ki, matç yarımçıq dayandırılmayıb və sonda 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
(Report)