EN

Millimizin hücumçusu “Motor” üçün nə etdi?

Azərbaycan yığma komandasının hücumçusu Renat Dadaşovun heyətində yer aldığı “Motor"(Lublin) Polşa çempionatında V turun matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, “Motor” öz meydanında “Pyast”ı qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Dadaşov 63-cü dəqiqədə meydana daxil olub, 88-ci dəqiqədə isə sarı vərəqə alıb.

Hazırda “Motor” 5 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.

Chosen
47
50
sportinfo.az

10Sources