EN

Pilot keçmiş sevgilisini təyyarəni partlatmağa çalışmaqda ittiham etdi

BAKI, 17 avqust. TELEQRAF

Amerikada pilot ondan şikayətçi olan keçmiş sevgilisinin məhkəməyə gələ bilməməsi üçün ağlasığmaz hiyləyə əl atıb.

Teleqraf xəbər verir ki, bu barədə PYOK nəşri məlumat yayıb.

Bildirilir ki, “Frontier Airlines” aviaşirkətinin pilotu 25 yaşlı Endryu Brenneman bir neçə ay stüardessa ilə münasibətdə olub, lakin qız tezliklə məişət zorakılığı səbəbindən onu tərk edib. Qız keçmiş sevgilisini məhkəməyə verib.

May ayında keçirilməli olan məhkəmə başlamazdan öncə Brenneman hava limanına zəng edərək keçmiş sevgilisinin üzərində bomba olduğunu bildirib. Bununla o, qızın məhkəməyə gəlməsinə mane olmağa çalışıb. Qız saxlanılıb, üzərində axtarış aparılıb, lakin tezliklə azad edilib. O, məhkəmə iclasına çata bilib.

Pilot aviaşirkətin prezidentinin əmri ilə işini, məhkəmənin qərarı ilə isə azadlığını itirib.

Chosen
26
48
teleqraf.com

10Sources