EN

“Bavariya” 11-ci dəfə Almaniya Superkubokunun sahibi oldu

Almaniyanın futbol üzrə Superkubokunda “Bavariya” “Ştutqart”ı 2:1 hesabı ilə məğlub edərək titulun sahibi olub.

90deqiqe.Az  xəbər verir ki, “Ştutqart Arena”da baş tutan oyunu baş hakim Harm Osmers idarə edib. Münhenlilərin hesabı 18-ci dəqiqədə Harri Keynin qolu ilə açılıb. 77-ci dəqiqədə isə Luis Dias fərqlənərək “Bavariya”nın ikinci qolunu vurub. Qonaqların heyətində isə Ceymi Levelinq 90+4-cü dəqiqədə hesabı 2:1 edib.

Qeyd edək ki, “Ştutqart” ötən mövsüm Almaniya Kubokunu qazanıb. “Bavariya” isə 2024/2025 mövsümündə Bundesliqada çempion olub, 34 turda 82 xal toplayaraq ən yaxın rəqibi “Bayer”i 13 xal qabaqlayıb.

Yeni mövsümün ilk turunda “Bavariya” avqustun 22-də evdə “Leypsiq”lə qarşılaşacaq, “Ştutqart” isə avqustun 23-də səfərdə “Union”un qonağı olacaq.

Chosen
75
15
90deqiqe.az

10Sources