ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Ferentsvaroş" Macarıstan çempionatında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, Budapeşt təmsilçisi öz meydanında "Puşkaş Akademiyası" ilə qarşılaşıb.
4-cü tur çərçivəsində keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb. "Ferentsvaroş" 1:2 hesabı ilə uduzub. Bu, komandanın mövsümdəki ilk məğlubiyyəti olub.
Robbi Kinin yetirmələri dörd turdan sonra 7 xalla 3-cü pillədə qərarlaşıblar.
Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında ilk oyunun avqustun 19-da Budapeştdə, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.