EN

Melaniya Trampın Putinə yazdığı "Sülh məktubu"

"Fox News" ABŞ-ın birinci xanımı Melaniya Trampın əri vasitəsilə Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi “sülh məktubu”nun mətnini dərc edib.

Publika.az xəbər verir ki, birinci xanım məktubunda bütün uşaqların sevgi, təhlükəsizlik və fürsət arzulağını yazıb.

"Valideynlər olaraq biz gələcək nəslin ümidini bəsləməyə borcluyuq. Liderlər kimi biz bütün uşaqların gələcəyini təmin etməyə borcluyuq", - deyə birinci xanım bildirib.

O, əlavə edib ki, hər bir həyatın başladığı saflıq və məsumluq coğrafiyadan, siyasətdən və ideologiyadan üstündür. Birinci xanım bildirib ki, müasir dünyada bəzi uşaqlar öz gələcəyini əlindən ala biləcək qüvvələrə səssizcə müqavimət göstərməyə məcbur olurlar.

"Cənab Putin, onların cingiltili gülüşlərini ancaq siz qaytara bilərsiniz", - Melaniya Tramp bildirib.

Chosen
50
35
publika.az

10Sources