EN

Ukrayna Rusiya ilə ən qısa zamanda... - Sibiqa

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri X hesabında məlumat verib.

“Biz Türkiyə XİN rəhbəri Hakan Fidana aparılan son danışıqların mahiyyəti və gələcək addımlar barədə məlumat verdik. Bazar ertəsi Vladimir Zelenski və Donald Tramp arasında keçiriləcək görüş çox əhəmiyyətli olacaq. Biz Ukrayna-ABŞ-Rusiya görüşünün ən qısa zamanda və yüksək səviyyədə təşkili olunmasını dəstəkləyirik. Bugünəqədər Rusiya müharibəni bitirmək istəyinə dair heç bir real əlamət sərgiləməyib. Rusiyalıların ölkəmizə olan hücumları davam edir”, - deyə nazir qeyd edib.

Həmçinin Sibiqa Türkiyənin sülh və Ukraynanın ərazi bütövlüyü üçün göstərdiyi səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.

Chosen
94
50
axar.az

10Sources