EN

ABŞ Hindistanla ticarət razılaşmasını ləğv edib

ABŞ-nin danışıqlar qrupunun 25-29 avqustda baş tutması planlaşdırılan ticarət sazişini müzakirə etmək üçün Hindistana nəzərdə tutulan səfəri ləğv edilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə NDTV mənbələrə istinadən məlumat yayıb.

Bu müzakirələr raundu ölkələr üçün altıncı olmalı idi. Telekanalın məlumatına görə, danışıqlar Hindistan mallarının ABŞ-yə idxalına rüsumların artırılmasından sonra ölkələr arasında iqtisadi münasibətlərdə gərginliyin artması fonunda təxirə salınıb. NDTV qeyd edir ki, danışıqların ləğv edilən tarixi yeni məhdudiyyətlərin qüvvəyə minəcəyi avqustun 27-ə təsadüf edib.

Xatırladaq ki, avqustun 6-da ABŞ Prezidenti Donald Tramp Hindistan mallarına əlavə 25 faizlik gömrük rüsumunun tətbiqi haqqında sərəncam imzalayıb. Mövcud məhdudiyyətləri nəzərə alaraq, Hindistandan idxala tariflər 50 %-ə çatıb. Ağ Ev rəhbəri qərarını Hindistanın Rusiyadan neft alması və bununla da iqtisadiyyatını dəstəkləməsi ilə əsaslandırıb.

Chosen
58
17
olke.az

10Sources