EN

Tramp, Putin və Zelenski arasında üçtərəfli sammitin mümkün tarixi AÇIQLANDI

ABŞ rəhbərliyi Prezident Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli sammiti 22 avqust tarixində keçirməyi planlaşdırır.

Bu barədə Axios portalı iki mənbəyə istinadla məlumat yayıb.

NBC News-un məlumatına görə, ABŞ Ukrayna üçün gələcək sülh sazişi çərçivəsində NATO tipli təhlükəsizlik zəmanətləri verməyə hazırdır, lakin Donald Tramp ölkədə Amerika hərbçilərinin yerləşdirilməsini nəzərdən keçirmir.

Məsələ ilə bağlı danışıqları ABŞ-ın dövlət katibi Marko Rubio və vitse-prezident JD Vance aparır. Onlar Ukrayna rəsmiləri, o cümlədən Prezident Aparatının rəhbəri Andrey Yermak ilə görüşlər keçirirlər.

Musavat.com

Chosen
126
50
editor.az

10Sources