EN

Qəzzada ölənlərin sayı açıqlandı

Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatı verən yazılı açıqlama yayıb.Metbuat.az xəbər verir ki, bu gün Qəzza zolağında 70 nəfər ölüb, 385 nəfər yaralanıb. Bununla da İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına etdiyi hücumlarda ölənlərin sayı 61 897 nəfərə, yaralıların sayı isə 155 660 nəfərə çatıb.Yanvarın 19-da razılaşdırılmış atəşkəsin dayandırılmasından sonra İsrail ordusunun martın 18-dən Qəzzaya hücumları nəticəsində 10 min 362 fələstinli ölüb, 43 min 619 nəfər yaralanıb.

Qəzza zolağında minlərlə ölülərin dağıntılar altında qaldığı bildirilir.

Chosen
46
13
metbuat.az

10Sources