EN

Tramp və Putinin fotosunda “zaman səyahətçisi” görüntülənib...

Jurnalist və teleaparıcı Kseniya Sobçak Telegram kanalında iki fotoşəkilin oxşarlığına diqqət çəkib: biri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada görüşü zamanı çəkilmiş foto və həmçinin 1959-cu ildə Sov.İKP MK-nın baş katibi Nikita Xruşşov və o zaman ABŞ-ın vitse-prezidenti Riçard Niksonla çəkilmiş foto...

SİA-nın məlumatına görə, Sobçak amerikalıların oxşar jestləri ilə yanaşı, bir detala da diqqət çəkib.

Onun fikrincə, müasir fotodakı tərcüməçi, ehtimal ki, keçmiş kadrdakı həmkarına heyrətamiz dərəcədə bənzəyir.

Fotolar arasında 60 il keçməsi diqqət çəkir.

"Tərcüməçi, deyəsən, zamanda səyahət edir", - Sobçak yazıb. Jurnalist xatırladıb ki, 1959-cu ildə Nikson Moskvaya səfər edib və burada Sokolniki Park Sərgi Mərkəzində “ABŞ-ın sənaye məhsulları” Amerika Milli Sərgisi keçirilib.

Tədbir zamanı onunla Xruşşov arasında “mətbəx mübahisəsi” adlanan mübahisə baş verib və bu zaman onlar kapitalizm və sosializmin məziyyətlərini müzakirə ediblər.

Əli Babayev

Chosen
99
50
sia.az

10Sources