EN

KİV: Ukraynasuverenliyindən imtina edərsə, Rusiya ərazi güzəştlərinə gedəcək

BAKI, 17 avqust. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın dövlət suverenliyini və müstəqilliyini məhv etmək niyyətindən hələ də əl çəkməyib.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” keçmiş rusiyalı məmura istinadən yazıb.

Onun sözlərinə görə, Ukraynanın dövlət suverenliyi və müstəqilliyi kimi məsələlər aradan qaldırılarsa, Rusiya lideri bir sıra mövzularda, o cümlədən ərazi məsələsində müəyyən kompromisə getməyə hazırdır.

Hazırda Avropa liderləri ABŞ Prezidenti Donald Trampı Putinin sözlərinə etibar etməməyə inandırmağa çalışırlar. Artıq Fransa Prezidenti Emmanuel Makron bu fikri Trampa çatdırmağa cəhd edib. Trampın Alyaska sammitindən sonra Avropa liderləri ilə apardığı telefon danışığı zamanı Makron heç vaxt reallaşmayan Minsk sazişini xatırladıb.

Adı açıqlanmayan avropalı diplomat isə bildirib ki, Putin oyun oynayır və vədlərinə sadiq qalmayacaq: "Tramp ən qısa zamanda sazişi imzalamağa tələsir, Putin isə bu məsələdə o qədər də maraqlı deyil”.

Diplomat həmçinin əlavə edib ki, cəbhədə atəşkəsə nail olmadan dərhal sülh sazişi barədə danışıqlara başlamaq ideyası təqdirəlayiq görünə bilər, lakin əslində bu “çox çətin və risklidir”.

Chosen
137
50
teleqraf.com

10Sources