EN

Kolumbiyalı alimlər xərçəngə qarşı bakterial qalxan hazırlayıblar...

...Dsan Boqunoviçin rəhbərlik etdiyi alimlər viruslara qarşı təbii müdafiə yaradan nadir xəstəliyin mexanizmindən istifadə ediblər. Dərman intranazal yolla tətbiq olunur və artıq kliniki sınaqlarda effektivliyini sübut etmişdir.

SİA-nın məlumatına görə, kolumbiyalı tədqiqatçılar innovativ bakterial dərman hazırlamaqla xərçəngin müalicəsində potensial irəliləyişə nail olublar.

Texnologiya 15 il əvvəl edilən kəşfə - daşıyıcıları virus infeksiyalarından təbii müdafiə ilə təmin edən nadir xəstəlikə əsaslanır.

Dsan Boqunoviçin rəhbərlik etdiyi alimlər belə xəstələrdə davamlı, yüngül iltihab prosesinin viruslara qarşı unikal “qalxan” yaratdığını aşkar ediblər.

Tədqiqatçılar bu mexanizmi laboratoriya şəraitində çoxalda biliblər. Burun vasitəsilə tətbiq edilən eksperimental dərman artıq heyvanlar üzərində aparılan sınaqlarda təsirli nəticələr göstərib, virusların, o cümlədən onkolitiklərin çoxalmasını maneə törədir.

...Hazırda biz bu qorunmanın öhdəsindən gələ biləcək bir virus müəyyən etməmişik, -Boqunoviç deyib bunu.

Texnologiya hələ də kliniki sınaq mərhələsində olsa da, alimlər əmindirlər ki, onların kəşfi virus əleyhinə dərmanların prinsipcə yeni sinfinin yaradılmasına gətirib çıxara bilər. İnkişafın onkoloji xəstəliklərin kompleks müalicəsində istifadəsinə xüsusi ümidlər qoyulur.

Nazlı Almuradova

Chosen
39
34
sia.az

10Sources