EN

“Tarix ideoloji cəbhədə” layihəsinə start verildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Tarix sahəsində Maarifləndirməyə Dəstək” İctimai Birliyi tərəfindən “Tarix ideoloji cəbhədə” adlı yeni layihənin icrasına start verilib.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi gənclərin ideoloji təxribatlara qarşı sayıqlığının artırılması, onların milli-mənəvi dəyərlərə bağlılıq ruhunda maarifləndirilməsi və informasiya müharibələrinin mahiyyətini dərindən dərk etmələrinə dəstək göstərməkdir.

Bu çərçivədə ideoloji təxribatlarla bağlı mövzuları əhatə edən 20 maarifləndirici videokontent hazırlanacaq; informasiya müharibələrinin tarixi inkişaf yolunu işıqlandıran sənədli film ərsəyə gətiriləcək; Bakı, Quba və Lənkəran şəhərlərində maarifləndirici tədbirlər təşkil ediləcək.

Layihənin təşkilatçıları hesab edirlər ki, müasir dövrdə gənclərin informasiya təhlükəsizliyi və ideoloji təxribatlara qarşı düzgün mövqe sərgiləməsi dövlətin dayanıqlı inkişafı və milli maraqların qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Layihə çərçivəsində hazırlanacaq materiallar və tədbirlər gənclərin geniş auditoriyasını əhatə edəcək və onların tarixi faktlara əsaslanan sağlam dünyagörüş formalaşdırmasına töhfə verəcək.

Chosen
27
44
qht.az

10Sources