EN

Zelenski Putinin tələbini rədd etdi


Ukrayna Prezidenti Volodimir Zelenski sülh razılaşması müqabilində bütün Donbası Rusiyaya verməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” ABŞ lideri Donald Tramp və Zelenski arasında Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşdən sonra dünənki söhbətə istinadən yazır.

“Rusiya lideri (red. - Trampla danışıqlarda) Kiyev qoşunlarının bütün Donetsk vilayətini verəcəyi təqdirdə cəbhə xəttinin əksər hissəsinin dondurulmasını təklif edib. Zelenski bu tələbi rədd edib”, - məlumatda qeyd olunub.

 


Chosen
81
50
nuh.az

8Sources