EN

Türkiyədə yanğına görə kənd sakinləri təxliyə edilir

Türkiyənin Çanaqqala vilayətində meşəlik ərazisində yanğın başlayıb. 

"Unikal" xəbər verir ki, hadisə Gelibolu rayonunda qeydə alınıb.

Vilayət valisi Ömer Toraman bildirib ki, hadisə ilə əlaqədar olaraq Eceabat və Yolağzı kəndlərinin sakinləri təxliyə edilib. Yanğının söndürülməsinə 12 helikopter, 12 təyyarə, texniki vasitələr və 560 nəfərlik şəxsi heyət cəlb edilib.

Chosen
21
unikal.az

1Sources