EN

Çindən yeni inqilab: qüvvələr balansı tamamilə dəyişə bilər

ain.az bildirir, Olke.az portalına istinadən.

Çində mühəndislər aviasiya texnologiyalarında irəliləyiş əldə ediblər. Bu yenilik dənizdə qüvvələr balansını tamamilə dəyişə bilər. Belə ki, hərbi gəmilər xüsusi dronlarla təchiz edilə biləcək.

Ölkə.Az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Nəşrin yazdığına görə, Pekin Aviasiya Universitetinin mühəndisləri dünyada ilk dəfə şaquli qalxış və eniş edə bilən reaktiv pilotsuz uçuş aparatı (PUA) hazırlayıblar.

Bildirilir ki, bu dron uçuş-enmə zolağına ehtiyac duymadan, hətta tufan zamanı belə, adi hərbi gəminin göyərtəsindən havaya qalxa bilər.

Yeni aparat həm də yüksək sürətli kruiz rejimində uzun məsafələrə uçmaq imkanına malikdir.

Hazırlayanlar bildirirlər ki, onların PUA-sı ABŞ-nin reaktiv "XQ-58A Valkyrie" dronunu üstələyir. Çünki amerikalı dron uzun uçuş-enmə zolağına və ya aviadaşıyıcıya ehtiyac duyur.

Beləliklə, Çin mühəndisləri elə bir dron üzərində iddia irəli sürürlər ki, onu istənilən hərbi gəmidən — hətta esmines və ya freqatdan — havaya qaldırmaq mümkün olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
olke.az

1Sources