Vətən müharibəsi şəhidi Rəsul Sadıqovun anası Elnarə Allahverdiyeva vəfat edib.
Publika.az xəbər verir ki, şəhid anası bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Rəsul Sadıqov 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Mehdiabadda Şuşa Şəhidlər Xiyabanında dəfn edilib.