EN

Şou aləmini silkələyən həbslər - Məşhurların cinayət gündəliyi

İndiyə qədər müğənnilərdən meyxanaçılara, prodüserlərdən tanınmış simalara qədər bir çox şəxsin adı müxtəlif cinayət işlərində hallanıb. Kimisi təhqir və böhtana, kimisi narkotik maddələrin qanunsuz dövriyyəsinə, kimisi isə daha ağır ittihamlara görə məsuliyyətə cəlb olunub.

Yenisabah.az müxtəlif qalmaqallarla gündəmə gələn tanınmış simaların həbsləri barədə məlumatları təqdim edir:

Dəniz Əsədova - Müğənni sosial şəbəkədə vəkil Asim Abbasovu təhqir etdiyi və fotolarını icazəsiz paylaşdığı üçün xüsusi ittiham qaydasında məhkəməyə verilib. O, təhqir və böhtana görə 2025-ci il mayın 15-də 7 ay müddətində azadlıqdan məhrum edilib. pizza mizza

Mahir Qonşuyev (“Mahir Ay Brat”) - Meyxanaçı elektron qolbaq şərtlərini pozduğu üçün 2025-ci il iyunun 20-də yenidən həbs edilib. O, əvvəllər narkotik saxlama ittihamı ilə (CM 234.1-1) məhkum olunmuş, 2024-cü ildə 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası almışdı.

Təranə Səmədova - Prodüser 2017-ci ildə qadın alverinə görə 2 il həbs yatıb. 2023-cü ildə narkotik maddə gəzdirdiyi üçün saxlanılsa da, hamilə olduğu üçün cərimə ilə azadlığa buraxılıb. O, 2023-cü il fevralın 14-də Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə həbs edilib.

Rəşad Dağlı - Meyxanaçı 2022-ci ilin noyabrında qonşusu İsgəndər Mehdiyevi bıçaqlayaraq qətlə yetirdiyi üçün 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcələsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib.

Fədayə Laçın - 2017-ci il oktyabrın 23-də qaçan məhbuslara yardım göstərdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını sonradan 2 ilə endirib.

Qeyd edək ki, 2017-ci il 13 sentyabr tarixində müğənni Kərim Abbasovun da həbs olunacağı haqqında xəbərlər yayılıb. Buna səbəb Kərimin, evini təmir edən ustaya mətbəx bıçağı ilə hücum etməsi olub. Lakin iddialar əsassız olduğu üçün müğənni həbs edilməyib.

Eyni zamanda Rəqsanə İsmayılova haqqında iki dəfə həbs qərarı çıxsa da, müğənni bu xəbərlərin yalan olduğunu bildirib.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
102
24
yenisabah.az

10Sources