EN

Pakistanda daşqın və torpaq sürüşmələri qurbanlarının sayı 351 nəfərə çatıbYENİLƏNİB

Pakistanda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb.

Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.

Məlumata görə, Xayber-Paxtunxva əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 328 nəfərə çatıb, Gilgit-Baltistanda 12 nəfər, Azad Kəşmirdə 11 nəfər həyatını itirib. Qeyd olunur ki, təbii fəlakət zamanı 120 nəfər yaralanıb.

Daşqınlar və torpaq sürüşmələri 116 evə ziyan vurub. Çoxlu ev su altında qalıb, bəzi ərazilərdə rabitə kəsilib.

Təbii fəlakətin ziyan vurduğu ərazilərdə axtarış – xilasetmə tədbirləri davam edir

 

Pakistanın Xayber-Paxtunxva əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 307 nəfərə çatıb.

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə əyalətin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Buner bölgəsində 48 saat ərzində 184 nəfər həlak olub.

Chosen
117
7
xezerxeber.az

10Sources