Renat Dadaşovun çıxış etdiyi "Motor" növbəti dəfə xal itirib.
"Football-plus.az" xəbər verir ki, onun komandası Polşa çempionatının 5-ci turunda "Pyast"la qarşılaşıb.
Lublin təmsilçisi öz meydanında bu mövsümdə xal qazanmayan rəqibi ilə bacarmayıb. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Oyuna ehtiyatda başlayan Renat 63-cü dəqiqədə meydana daxil olub. Amma təmsilçimiz də komandasını xal itkisindən xilas edə bilməyib.
Qeyd edək ki, "Motor" keçirdiyi 4 oyundan sonra 5 xal toplayıb. Növbəti turda rəqib "Korona" olacaq.