EN

Alimlərdən Amazon meşələri ilə bağlı ciddi xəbərdarlıq

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Tədqiqatçılar xəbərdarlıq edir - Amazon tropik meşələri geri dönməz qurumağa yaxınlaşır.

TurkicWorld xəbər verir ki, yeni araşdırmalar dünyanın ən böyük tropik meşəsi və biomüxtəliflik baxımından ən zəngin bölgəsi olan Amazonun sürətlə kritik dönüş nöqtəsinə yaxınlaşdığını göstərir. Elm adamlarının fikrincə, iqlim dəyişikliyi və meşələrin qırılmasının təsiri nəticəsində Amazon sulu yağış meşəsindən quru savannaya çevrilə bilər. Bu proses bir əsr ərzində baş verə və bölgədəki ekosistemi köklü şəkildə dəyişdirə bilər.

6 milyon kvadrat kilometr sahəni əhatə edən Amazon dünya bitki və heyvan növlərinin təxminən 10 faizinə ev sahibliyi edir, 99–154 milyard ton karbonu özündə saxlayır və qlobal iqlim tənzimlənməsində mühüm rol oynayır. Lakin quraqlıq və meşə yanğınları səbəbindən, yalnız 2024-cü ildə Braziliya Amazonlarında 28 min kvadrat kilometr meşə sahəsi itirilib.

Qeyd edək ki, Geophysical Research Letters jurnalında dərc olunan araşdırmada Kembric Universitetinin Yer sistemləri elmi üzrə professoru Endryu Dost bu dəyişikliklərin qaçınılmaz ola biləcəyini vurğulayıb.

Chosen
39
turkic.world

1Sources